Rozetta Daşı

Tərif

Mark Cartwright
tərəfindən tərcümə olunur, Gülhanə Cəfərova
03 yanvar 2014 -də dərc edilmişdir
translations icon
Digər dillərdə mövcuddur: İngilis, Fransız dili, İtalyan, Fars, İspan, Türk
Rosetta Stone (by Trustees of the British Museum, Copyright)
Rozetta Daşı
Trustees of the British Museum (Copyright)

Rozetta daşı e.ə 196-cı ilə aid olub, Misir kralı V Ptolomey haqqında yazılmış rahib fərmanını əks etdirən natamam boz və çəhrayı qranodiorit daş formasıdır. Mətnin üç müxtəlif versiyası mövcuddur: Heroqlif,demotik və yunan versiyaları. Bu versiyalar hamısı birlikdə Misir heroqliflərini deşifrə etməyə kömək edib. Rozetta daşı hazırda Londondakı Britaniya Muzeyində nümayiş etdirilir.

Bərpası

Rozetta daşı Pierre François Xavier Bouchard tərəfindən Misirdəki Nil deltası üzərində yerləşən əl-Rəşid(Rozetta) ərazisi yaxınlığındakı Müqəddəs Julien limanında tapılıb. Bouchard Napolyonun ordusunda xidmət edən mühəndis zabit idi və daşı Julien qalasının inşası zamanı dağılan bir divardan çıxarıb. Bouchardın komandiri general Menou daşın əhəmiyyəti anlayaraq daşı İsgəndəriyyəyə göndərdi. Daşın qəlib və nüsxələri çıxarıldı, lakin daş sonra ingilis generalı Tomkins Turner tərəfindən ələ keçirildi və sonunda daş aid olduğu yerə, Britaniya muzeyinə gətirildi.

Reklamları silin
Advertisement

Dünyaca məşhur akademiklər daşı istifadə edərək heroqlifləri deşifrə etməyə çalışsa da, heroqliflərin hansı istiqamətdə oxunmalı olduğunu və heroqliflərin V Ptolomey Epiphanesə aid olduğunu ilk kəşf edən şəxs ingilis Thomas Young idi. Lakin mətn 1820-ci ilin əvvəllərində fransız Jean François Champollionnun heroqliflərin əlifba sırası ilə, təyinedici xarakterləri və heca elementlərinin birləşməsi olduğunu kəşf etməsiylə tamamilə deşifrə olundu. Nəticədə 1600ildir ki, naməlum olan misir heroqlifləri yenidən kəşf olundu.

Daşın üzərindəki mətn 14 sətir heroqlif mətn, 32 sətr demotik mətn və 54 sətr yunanca mətndən ibarətdir.

Xüsusiyyətləri

Rozetta daşı 112.3x75.7 cm uzunluğunda və 28.4 cm qalınlığındadır. Daşın üzərindəki mətn 14 sətir heroqlif mətn, 32 sətr demotik mətn və 54 sətr yunanca mətndən ibarətdir. Daşın bəzi hissələri itmiş olduğundan - xüsusilə də üst iki küncü və sağ alt hissəsi - yazıların heç biri tam deyildi. Heroqliflər Misir rahiblərinin dili, demotik yazı xalqın işlək dili idi, yunan dili isə inzibati işlərdə istifadə edilirdi. Üç yazı sistemindəki mətn də kral V Ptolomeyin tac geyinməsindən bir il sonra kral kultunu təsdiqləyən Memfisin rahib şurası tərəfindən yayımlanan bir fərmanı əks etdirir.

Reklamları silin
Advertisement

Rosetta Stone Detail, Hieroglyphic Text
Rozetta Daşı detallı, heroqliflərlə yazılmış mətn
Osama Shukir Muhammed Amin (Copyright)

Rozetta Daşındakı mətn

Daşın mətni V Ptolomeyin uğurlu idarəçiliyindən və nailiyyətlərindən bəhs edən uzun təriflə başlayır. Mətndə yazıldığına əsasən kral Misirə sülh və əmin-amanlıq gətirmiş, məbədlərin inşası və təmiri üçün külli miqdarda pul ayırmış və xalqı taxıl ilə təmin etmişdir. Vergilər azaldılmış və ya ləğv edilmiş və daha öncə vətənə xayanət etmiş bir çox məhkum bağışlanılmışdı. Kral həmçinin Misirin düşmənləriylə mübarizə aparmışdır. Bu barədə mətndə düşman qalasına qarşı edilmiş xüsusi hərbi əməliyyatdan bəhs edilir. Həmin qalanın ələ keçirilməsi düşmən şəhərin su kanallarının bağlanıb, su qıtlığı yaranmasına səbəb olmuşdu. Kralın bütün bu uğurlarını yücəltmək üçün kralın 10 qızıldan ibarət tac geyinmiş heykəli bütün məbədlərə "Misirin Qoruyucusu Ptolomey" titulu ilə qoyulmalı və rahiblər tərəfindən gündə üç dəfə ziyarət edilməli idi. Kral Tanrı Ptolomey Epiphanes olaraq tanınırdı və Ptahın sevgilisi idi. Kralın doğum günü və tac geyinmə günü libasiya tökməklə və qurban kəsməklə qeyd olunurdu. Həmçinin hər ayın son günü və hər ayın 17-ci günü böyük hökmdarın, tanrıların əzizi V Ptolomeyin şərəfinə bayram edilirdi. Mətn bu fərmanların daş üzərində hər üç versiyada yazılmalı olduğu və bu daşların bütün məbədlərdə yaşayacaq olan böyük kralın heykəllərinin yanında yer almalı olması ilə bitir.

Biblioqrafiya

Tərcüməçi haqqında

Gülhanə Cəfərova
Gulhana Jafarova

Müəllif haqqında

Mark Cartwright
Mark is a full-time writer, researcher, historian, and editor. Special interests include art, architecture, and discovering the ideas that all civilizations share. He holds an MA in Political Philosophy and is the WHE Publishing Director.

Bu işə istinad edin

APA üslubu

Cartwright, M. (2014, yanvar 03). Rozetta Daşı [Rosetta Stone]. (G. Cəfərova, Tərcüməçi). World History Encyclopedia. İstifadədən alındı https://www.worldhistory.org/trans/az/1-12408/rozetta-das/

Çikaqo üslubu

Cartwright, Mark. "Rozetta Daşı." Tərcümə etmişdir Gülhanə Cəfərova. World History Encyclopedia. Son dəyişdirilmişdir yanvar 03, 2014. https://www.worldhistory.org/trans/az/1-12408/rozetta-das/.

MLA tərzi

Cartwright, Mark. "Rozetta Daşı." Tərcümə etmişdir Gülhanə Cəfərova. World History Encyclopedia. World History Encyclopedia, 03 Yan 2014. Veb. 29 Apr 2024.