Mari

Tərif

Henry Curtis Pelgrift
tərəfindən tərcümə olunur, Gülhanə Cəfərova
19 yanvar 2016 -də dərc edilmişdir
translations icon
Digər dillərdə mövcuddur: İngilis, Ərəb, Fransız dili, Fars
Labelled map of Mari, modern-day Tell Hariri, Syria (by Attar-Aram syria, CC BY-SA)
Mari xəritəsi, günümüzdəki Təll Həriri, Suriya
Attar-Aram syria (CC BY-SA)

Mari Erkən Tunc və Orta Tunc dövründə Şimali Mesopotamiyada (indiki Suriyanın şərqi) Fərat çayının qərb sahili yaxınlığında yerləşən şəhər dövləti idi. Bilinən ən qədim şəhərsalma planı ilə yaradılan Mari şəhəri Cənubi Mesopotamiyadakı Babilistan ilə müasir Türkiyənin təbii ehtiyatlarla zəngin Toros dağları arasında ticarət mərkəzi və mis və tunc əritmə mərkəzi kimi yaradıldığına inanılır. Mari 1200 il ərzində Babil hökmdarı Hammurabi tərəfindən e.ə 1760-1757-ci illər arasında dağıdılana və yavaş-yavaş yaddaşdan silinənə qədər Şimali Mesopotamiyanın əsas mərkəzi idi və sözün əsl mənasında - bu gün şəhərin yalnız üçdə biri günümüzə gəlib çıxıb, digər hissələri isə Fərat çayının suları ilə yuyularaq aşınıb.

Ərazinin coğrafiyası & vəziyyəti

Mari şəhərinin qalıqları bugünkü Suriyanın şərqində Təll Həriridə yerləşir. Tunc dövründə Fərat çayı şəhərdən təxminən 4-6 km aralıda idi, lakin o vaxtdan bu vaxta şərqə doğru da uzanıb. Şəhərin bir vaxtlar şəhəri kəsən və şəhərin yaranması üçün vacib olan suyu təmin edən 10 km uzunluğunda süni "birləşdirici kanal" iləbirlikdə inşa edildiyi güman edilir, çünki şəhər Fəratdan çayından gündəlik su təminatını qarşılamaq üçün çox uzaqda idi və qrunt suları quyular üçün çox duzlu idi. Mari şəhərinin Hammurabi tərəfindən dağıdılması nəticəsində Marinin birləşdirici kanalı nəzərdə tutulan hüdudlarından kənara çıxdı və nəticədə şəhərdəki yaşayış binaları da daxil olmaqla şəhərin üçdə ikisini aşındırdı.

Reklamları silin
Advertisement

Kanallar: Marinin həyat mənbəyi

Birləşdirici kanal şəhəri su ilə təmin etməklə yanaşı, çay üzərində səyahət edən ticarət gəmilərinə də imkanlar yaradırdı. Şəhərə birləşdirici kanaldan əlavə iki mühüm əlavə kanal da çəkilmişdi. Kanallardan biri 16 km uzunluğunda və 100 m genişliyində olan suvarma kanalı, digəri isə 126 km uzunluğunda Fərat çayının əks istiqamətində Mari şəhərindən keçən, qayıqlara Fərat çayını dolanaraq keçmələrinə şərait yaradan naviqasiya kanalı idi. Mari şəhəri giriş nöqtələrinə nəzarət edir və buradan keçmək üçün rüsum toplayırdı.

Texnoloji & Memarlıqla bağlı yeniliklər

Mari mürəkkəb şəhərsalmanın ilkin nümunələrindən biridir və inşasından əvvəl şəhərin konstruksiyasının tamamilə planlaşdırıldığına inanıılır. Şəhərin iki konsentrik halqa şəklində dizaynından kənar halqanın şəhəri Fərat çayının gözlənilməz daşqınlarından qorumaq üçün olduğunu, içəri halqanın isə xarici hücumlara qarşı müdafiə xarakteri daşıdığı açıq-aşkar bəllidir.

Reklamları silin
Advertisement

A portion of wall at Mari
Mari divarının bir hissəsi
Zukka (CC BY-SA)

İlkin Suriya-Mezopotamiya texnologiyalarının nümunələri, çarxlar və su kəmərləri arxeoloqlar tərəfindən Təll-Həriridə aşkar edilib. Mari şəhəri elə inşa edilmişdir ki, bütün şəhər tədricən aşağı meyilli idi və küçələrin mürəkkəb drenaj sistemləri var idi. Bu da nadirən yağan güclü leysan yağış sularının şəhərdəki palçıq kərpicindən hörülmüş binaları zədələmədən çəkilməsini təmin edirdi.

Arxeologiya & moderntəhlükələr

Mari şəhəri 1933-cü ildə yerli bədəvilərdən olan birinin heykəl tapması və bunu Fransa hökümətinə - o vaxtlar Suriya Fransanın tabeliyində idi bildirməsi nəticəsində kəşf edilib. O vaxtdan sonra Mari Fransanın qazıntı ərazisinə çevrildi. Qazıntılar André Parrot tərəfindən 1933-1939, 1951-1951 və 1960-1974-cü illərdə aparılıb. 1979-cu ildə Jean-Claude Margueron tərəfindən yeni ekspedisiya başladıldı və 2004-cü ilə qədər davam etdi.

Reklamları silin
Advertisement

O təqaüdə çıxdıqdan sonra bütün işləri Pascal Butterlinə yönəltdi və özü Mari haqqında kitab yazdı. Margueron ərazidə apardığı 70 illik araşdırmalarını 159 səhifəlik İngilis dilində qısa xülasəyə sığdırdı. Butterlin ekspedisiyanı 2012-ci ildə Suriyada baş verən vətəndaş müharibəsinə qədər davam etdirdi. 2012-ci ildən bəri Maridə intensiv qarətçilik hadisələri baş verdi.

Mari lövhələri

1938-1993cü illərdə qazmaçılar 15000-dən çox lövhə kəşf etdilər. Bunların bir hissəsi "Möhtəşəm Kral Sarayı" , bir çoxu isə şəxsi evlər haqqında idi. Bəzi lövhələr qədim dövrlərə aid olsada, bir çoxu Marinin mövcud olduğu son 50 ilə aid idi və bunlar Suriya-Mezopotamiyasını yenidən gözümüzdə canlandırmağa imkan verirdi.

Tarixi

Marinin bir şəhər olaraq tarixi və regional gücü e.ə 2950-ci ildən e.ə 1760-cı ilə qədər davam edib. Bu 1200 illik tarix Margueron tərəfindən 3 hissəyə bölünür: I Şəhər, II Şəhər və III Şəhər. Hammurapi şəhəri e.ə 1760-1757-ci illərdə dağıtdıqdan sonra şəhər inkişafdan dayandı. Növbəti tarixi hadisələr digər tarixi mənbələrlə birlikdə Margueronun Marinin yaranması və mövcud olduğu dövrə aid mülahizələrinə əsaslanır.

Reklamları silin
Advertisement
E.ə 3000-2900-cü illərdə naməlum, lakin yaxşı idarəçilik sistemi olan bir cəmiyyət yeni paytaxtlarını inşa etmək üçün Fərat çayı yaxınlığındaki yaşayış üçün əlverişsiz ərazini .seçdi

I Şəhər - Güclü dövlətin yaranması

Marinin ən qədim tarixinə aid dövrlər, e.ə 2950-2650-ci illəri Margueron tərəfindən I Şəhər adlandırılır. E.ə 3000-2900-cü illərdə naməlum, lakin yaxşı idarəçilik sistemi olan bir cəmiyyət yeni paytaxtlarını inşa etmək üçün Fərat çayı yaxınlığındaki yaşayış üçün əlverişsiz ərazini seçdi. Güman edilir ki, onlar Şimali Mezopotamiyada ticarəti və metal istehsalını ələ keçirmək istəyirdilər. Çayın iki döngəsini birləşdirmək üçün kanal qazdıqdan sonra, ortada qalan dairəvi ərazini şəhərlərinin yeni mərkəzini yaratmaq üçün istifadə etdilər. Qazdıqları kanal isə seçdikləri yaşamaq üçün əlverişsiz ərazini yaşayış yerinə çevirirdi. Müdafiə divarları inşa edildi və bu möhtəşəm paytaxt iki konsentrik halqanının içərisində qaldı. Bu dizayn bütün 1200 illik tarix boyunca öz formasını saxladı.

Birləşdirici kanalın inşa edilməsi ilə yanaşı burdakı insanlar digər iki kanalı da şəhərin qarşı tərəfində inşa etdilər. Şərqi kanal çayın şərq hissəsindəki naviqasiya kanalı idi. Digər suvarma kanalı isə Marinin əkin sahələrini suvarırdı.

Eramızın 2008-ci ilindən bəri dini yada saray tikililərinə rast gəlinmiyib. Bir çox evlər aşkar edilib lakin, bu evlərin qazıntıları aşkar edir ki, şəhər metal istehsalından başqa müxtəlif istehsalat malları ilə də zəngin idi.

Reklamları silin
Advertisement

E.ə 2650-ci ildə, I Şəhər bilinməyən səbəblərdən yaşayış üçün əlverişli mühitini itirdi. Növbəti əsr ərzində, kanallar lilləndi və şəhər boşaldı.

II Şəhər - Marinin yenidən yaranması

E.ə 2550-ci ildə I Şəhərin qalıntıları üzərində əhali yeni şəhər inşa etdi və şəhər tamamilə dəyişdirildi, buna görə də I Şəhərin son qalıntılarına aid sübutlara rast gəlinmir. Yeni əhali şəhərin konstruksiyasını köhnə planın üzərində tamamilə dəyişdi və drenaj kanallarını yenilədi.

Marinin Margueron tərəfindən II Şəhər adlandırılan bu tarixi dövrünə aid məlumatlar Ebla ərazisindən (Marinin rəqibi və müttəfiqi) tapılan mətnlərə əsaslanır. Mari Şimal Mezopotamiyanın əhəmiyyətli bir hissəsini idarə edirdi və İşbi-İrranın hakimiyyəti dövründə idarə etdikləri ərazilər cənubda indi İraqın cənub şərqi olan Ura qədər uzanırdı və o vaxtlar liman şəhəri idi. E.ə 25ci əsrin ikinci yarısında Mari və Kiş şəhərləri Akşak kralı Zuzunun uğursuz yürüşünə qarşı müttəfiq olmuşdular.

Ebla and Mari during the reign of Iblul-Il of Mari
Ebla və Mari mari kralı Il İblulun hakimiyyəti dövründə
Attar-Aram syria, using a modified map originally made by Sémhur. (CC BY-SA)

E.ə 2420 ildən e.ə 2360-cı ilə qədər, Mari hökmdarı II İblulun hakimiyyəti dövründə Mari Ebladan xərac alırdı. Bu, Marinin Fərat çayının şərq sahilində idarə etdiyi ərazilər üzərində baş verən mübahisənin müharibəyə çevrilməsi ilə sona çatdı və nəticə Marinin xeyrinə başa çatdı. Lakin, Ebla Marinin şimalındakı şəhərlərlə əlaqələrini gücləndirərək Şərqdən gələn mallara görə Maridən asılılığına son qoydu. Mari və Ebla arasındakı rəqabət Eblanın e.ə 2350-ci ildə süqutu ilə sonlandı.

II Şəhər Sarqonun nəvəsi Akkad kralı Naram-Sin tərəfindən dağıdıldı. Naram-Sin Akkad imperiyasını genişləndirmək məqsədilə şəhəri və divarlarını tamailə məhv etdi.

III Şəhər - Böyük Mari &Şimaldakı İmperiya

Mari Akkadların hakimiyyəti altında yenidən inşa edildi və Marinin bu yenidən yaradılması dövrünü Margueron III Şəhər dövrü adlandırır. Şakkanakku adlanan yeri idarəetmə orqanları şəhəri idarə edirdilər və bu inzibati titul ilk hökmdardan etibarən irsi olaraq keçirməyə başladı.

Akkad İmperiyası süquta uğradıqca Mari birdaha müstəqilliyini qazandı və Şimal Mezopotamiyada dominantlığı ələ keçirdi. Mari müstəqilliyini qazansa da Şakkanakku titulu III Şəhər dövrünün sonuna qədər istifadə edilməyə davam edildi . III Şəhərin ilk 150-200 ilində Şakkanakkular sarayda yaşayırdılar və bu sarayın sadəcə mövcudluğu və yeri haqqında məlumat mövcuddur. Bu xəyali sarayın dağıdılması nəticəsində informasiya qıtlığı yaranıb və bu, sarayın yerində təkcə ilk mərtəbəsində 250dən çox otağı olan Böyük Kral Sarayının tikilməsinə yol açmışdır.

Remains of the ziggurat attached to the so-called Temple of Lions at Mari
Maridakı Aslanlar Məbədi adlanan yerə əlavə edilmiş abidənin qalıqları
Heretiq (CC BY-NC-SA)

Ərazidə sülhü təmin etmək məqsədilə Mari Cənub Mezopotamiyanı idarə edən III Ur Xanədanlığı ilə müttəfiq oldu və Mari bu ittifaqı diplomatik evliliklərlə gücləndirdi. Bu ittifaq e.ə 2000-ci ildə Ur xanədanlığının Amorit basqınları nəticəsində parçalanmasına və süqutuna qədər davam etdi.

E.ə 2000-ci illərdə köçəri Sami xalqı Amarular və ya "Amoritlər" Mezopotamiya şəhərlərini ələ keçirdilər. Mari divarları vasitəsilə Amoritlərə müqavimət göstərsə də, e.ə 1830-cu ildə Şakkanakku məğlub oldu.

Amorit dövrü

E.ə 1830-cu ildə Amorit hökmdarı Yaqqid-Lim Marini ələ keçirdi və Şakkanakku xanədanlığını "Lim" və ya "Amorit sülaləsi" adlanan xanədanlıqla əvəz etdi. Yaqqid-Limin hökmdarlığı e.ə 1761-ci ilə qədər davam etdi. Mari dövrünə aid bir çox gil lövhələrin mövcudluğu bu dövrə aid bir çox tarixi faktları və hekayələri aşkar edir. Lövhələr Marinin son illərində siyasi, iqtisadi və sosial vəziyyətini təsvir edir.

10illik hakimiyyəti dövründə Yaqqid-Lim Marini işğal edən və Yaqqid-Limin oğlu Yaqhud-Limi əsir götürən Ekallatum kralı ilə münaqişə yaşadı. E.ə 1820-ci ildə Yaqqid-Lim vəfat etdi və oğlu Yaqhud-Lim taxta keçdi. Yaqhud-Lim Marinin iqtisadi və hərbi gücünü artırmağa çalışırdı. Marinin suvarma sistemlərini və Marinin və Terqanın müdafiə qalalarını gücləndirməklə yanaşı, O həm də Levantdakı sahil şəhərləri ələ keçimiş və Mariyə xərac vermələrini təmin etmişdi.

Amorite pottery juglet
Amoritə aid saxsı qab
Trustees of the British Museum (Copyright)

Bütün bunlara baxmayaraq, Yaqhud-Limin hakimiyyəti dövründə Mari Alepponun vassalına çevrildi, hətta bir müddət Eşunnadan olan digər Naram-Sinin vassalı oldu. Naram-Sin e.ə 1811-ci ildə vəfat etdi və Mari yenidən əvvəlki ərazisində mütəqilliyini qazandı. Bununla belə Yaqhud-Limin çətinlikləri bitmirdi.

Amorit intriqaları& Assur kralları

Təxminən e.ə 1808-cü ildə Assur krallarından olan Şəmsi-Ədəd Şimal Mezopotamiyanı işğal etməyə başladı. Şəmsi-Ədədin əsl fikirləri ortaya çıxdıqda Yaqhud-Lim ilə aralarında müharibə başladı. Bir müddət sonra Yaqhud-Lim məğlub oldu və e.ə 1798-ci ildə Şəmsi-Ədəd tərəfindən məğlub edilməzdən iki il əvvələ qədər Marini idarə edən oğlu Sumu-Yamam tərəfindən öldürüldü. Marinin idarəsi qeyri-müəyyən müddətə qədər Şəmsi-Ədədin oğlu Yasmax-Ədədə verildi.

Yasmax-Ədəd və atası arasında olan məktublar göstərir ki, Yasmax-Ədəd passiv və zəif hökmdar idi və tez-tez kömək üçün atasını - oğlu üçün böyük təəssüf hissi keçirirdi - çağırmalı olurdu. Yaqhud-Limin nəvəsi və ya qardaşı(bacısı)oğlu Zimri-Lim adlı hökmdar Şəmsi-Ədədin ölümündən sonra Yasmax-Ədədi e.ə 1776-cı ildə Alepponun köməyilə məğlub etdi və taxtı Amorit xanədanlığından geri aldı.

The Investiture of Zimri-Lim
Zimri-Limin hakimiytətə gəlməsi
Marie-Lan Nguyen (Public Domain)

Zimri-Lim: Sonuncu Mari kralı & Marinin sonu

Zimri-Lim Marinin əvvəlki gücünü bərpa etməyə çalışırdı və 5 il davam edən münaqişələrdən və Eşunna krallığı ilə baş verən döyüşlərdən sonra Zimmi-Limin Aleppo ilə ittifaqı zəiflədi. Buna görə də, kralın qızı ilə evlənərək ittifaqı bərpa etdi.

Mari bu müddətdə özlərini "Xanaenas" adlandıran marian qəbilələrindən ibarət idi, Amorit mənbələrinə görə saraya bağlı Amorit hökmdarlarının köçəri Amorit əhalisi ilə münaqişələri olduğu məlumdur. Zimri-Limin cah-cəlallı həyatı olduğu bilinir.

Təxminən E.ə 1766-cı illərdə Babil, Mari və Elam ittifaqı Eşunnanı ələ keçirdi, daha sonra Elam Babil və Mariyə xəyanət etdi, lakin, Babil və Mari bunun qarşısını ala bildilər. Bundan sonra, Zimri-Lim və Babil hökmdarı Hammurapi birbirilərinə güvənməsələr də, onlar tez-tez güclü düşmənlərə qarşı ittifaq yaradırdılar.

Ancient Syro-Mesopotamia ca. 1764 BCE
Qədim Suriya-Mezopotamiya e.ə 1764
Attar-Aram syria, using a modified map originally made by Sémhur. (CC BY-SA)

E.ə 1761-ci ildə Zimri-Limin müttəfiqi Hammurapi Marini işğal etdi. Daha sonra Zimri-Limin Hammurapinin xəyanəti nəticəsində öldürüldüyü yoxsa bir döyüşdə öldüyü naməlum olaraq qalır. Həmçinin, Marinin müharibə yolu ilə işğal olunması - bu barədə və ya Marinin müdafiə olunması barədə heç bir sübut yoxdur - yoxsa şəhər özbaşınalıq olduğundan iki il ərzində Böyük Kral Sarayının sərvətini ələ keçirmək üçün buraya casuslar göndərən Hammurapiyə təslim olub bilinmir. Qısaca, e.ə 1759-1757ci illərdə Hamurapi Marini talan etdi.

Hammurapi sarayı yandırdığı zaman, o istəmədən də olsa gil lövhələri içəridə bişirmişdi. Bu cür hadisələr Ebla və Uqarit kimi bir çox qədim şəhərlərdə də baş vermişdi, saraylar istənilmədən yanan sobalara çevrirlirdilər və gil lövhələr bişərək gələcək qazıntılar üçün qorunurdu. Mari bu dağıntıdan sonra bir daha bərpa edilmədi və şəhər tədricən məhv oldu. Böyük İskəndərin xələflərinin dövrünə qədər, şəhər tamamilə tərk edilənə kimi bu yerdə yalnız təsadüfən yaşayış olurdu.

Biblioqrafiya

Dünya Tarixi Ensiklopediyası Amazon Associatidir və uyğun kitab alışları üzrə komissiya qazanır.

Tərcüməçi haqqında

Gülhanə Cəfərova
Gulhana Jafarova

Müəllif haqqında

Henry Curtis Pelgrift
Henry Curtis Pelgrift 7 mövsüm boyu 13 qazıntı aparmış arxeoloqdur və Britaniya və Metropoliten muzeylərində işləyib. Hazırda arxeologiya üzrə PhD oxuyur və Aralıq dənizi ətrafının arxeologiyası üzrə magistr, arxeologiya sahəsində bakalavr dərəcləri var.

Bu işə istinad edin

APA üslubu

Pelgrift, H. C. (2016, yanvar 19). Mari [Mari]. (G. Cəfərova, Tərcüməçi). World History Encyclopedia. İstifadədən alındı https://www.worldhistory.org/trans/az/1-153/mari/

Çikaqo üslubu

Pelgrift, Henry Curtis. "Mari." Tərcümə etmişdir Gülhanə Cəfərova. World History Encyclopedia. Son dəyişdirilmişdir yanvar 19, 2016. https://www.worldhistory.org/trans/az/1-153/mari/.

MLA tərzi

Pelgrift, Henry Curtis. "Mari." Tərcümə etmişdir Gülhanə Cəfərova. World History Encyclopedia. World History Encyclopedia, 19 Yan 2016. Veb. 28 Apr 2024.